“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov onu həbsinə səbəb olan məmurun adını açıqlayıb.
Mənsimov Xural TV-yə müsahibəsində həmin şəxsin Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev olduğunu bildirib.
O, R.Abdullayevlə vaxtilə olan dostluq münasibətlərindən və SOCAR-dakı yeyintilərdən də söz açıb.
Mənsimov bildirib ki, onun həbsi ilə bağlı hüquqi proseslər davam etdiriləcək.