Azərbaycanda baş redaktor Aqil Lətifov üç gün ərzində iki dəfə qəzaya düşüb.
Bu barədə baş redaktorun özü məlumat verib.
O bildirib ki, mayın 2-də paytaxt ərazisində "VAZ-2107" markalı avtomobil əks yola çıxaraq idarə etdiyi maşınla toqquşub. Həmin vaxt avtomobilinə zərər dəysə də, özü xoşbəxtlikdən xəsarət almayıb.
İkinci hadisə isə bu gün paytaxt ərazisində qeydə alınıb:
"Əyləşdiyim taksi ilə yük maşını ilə toqquşdu. Nəticədə ayağım üç yerdən möhkəm əzildi".
A.Lətifov söyləyib ki, daha sonra xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb.