Yaxın zamanlarda Laçının daha iki kəndində, Qorçu və Güləbirddə yeni yaşayış məntəqələrinin salınmasına başlanılacaq.
Bununla bağlı açıq tenderə yekun vurulub.
Qorçu və Güləbird kəndlərindən başqa Ağdam rayonunun Xıdırlı, Kəngərli, Sarıcalı, Cəbrayıl rayonunun Şükürbəyli, Qubadlı rayonunun Zilanlı, Xanlıq, Mahruzlu, Zəngilan rayonunun Məmmədbəyli, Cahangirbəyli, Cəbrayıl rayonunun Horovlu, Şuşa rayonunun Daşaltı kəndlərinin salınması ilə bağlı tenderə də yekun vurulub.
Qeyd: Layihə yekunlaşdıqdan sonra Qorçu kəndi qəsəbə statusu alacaqdır.