Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qadın sürücünün (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi 99-BG-907 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.