"Kirayə yaşayanlara da..." - AYNA-ya TƏKLİF

Parklanma ilə bağlı qəbul olunan yeni qaydalara əsasən qanuni parklanma ərazisinə yaxın yaşayan sakinlər avtomobillərini günün istənilən saatında ödənişsiz park edə bilər.

Asayis.Az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, həmin ərazilərdə qeydiyyatsız və ya kirayə yaşayanlara da güzəşt tətbiq edilməlidir:

“Məsələn, ola bilər ki, vətəndaş Gəncə şəhərində qeydiyyatdadır, amma Bakıda işləyir, kirayədə qalır. Ona avtomobilini saxlamaq üçün şərait yaradılmalıdır. Və yaxud güzəşt talonları ünvana görə verilməlidir. Talon kirayədə qalan şəxsin adına yox, ünvana görə ola bilər.  



Düşünürəm ki, bu, həllini tapan məsələdir. AYNA bunu həll edə bilər. Dəfələrlə vətəndaşlara bildirilib ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayanlar müraciət edib, talon alsınlar”.
Demokrat.az

14:05 - 29 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin