Sosial şəbəkələrdə Ukraynanın İrpen şəhərindən avtomobil qəbiristanlığının görüntüləri yayılıb.
Kadrlarda yandırılmış, gülləbaran edilmiş, partladılmış onlarla maşın görünür.
"Bu dayanacaqda sevgilimə maşın sürməyi öyrətmişdim. Yaxın keçmişdə gəzdiyin küçənin xarabalığa çevrildiyini gördüyün zaman keçirilən hisslər izaholunmazdır”, - deyə istifadəçilərdən biri videonu təəssüflə şərh edib.