Laçında minaya düşən fəhlə vəfat edib.
Ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunacaq.
Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb.