Rusiyada “Nə? Harada? Nə zaman?" oyunun məşhur iştirakçısı Rövşən Əsgərov nasizmin reabilitasiyası maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilib.
İstintaqın məlumatına görə, o, sosial şəbəkələrdə marşal Georgi Jukovun xatirəsini təhqir edən və nüfuzdan salan "yalan" məlumatlar dərc edib.
Aprelin əvvəlində Əsgərov Facebook sosial şəbəkəsində (Rusiya Federasiyası ərazisində qadağandır) marşalı oğru adlandırıb. Rövşən Əsgərovu 5 ilə qədər həbs gözləyir.