Sumqayıtda bağ evinə basqın olub

 Sumqayıtda bağ evinə basqın olub

Sumqayıtda bağ evinə basqın olub.

Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gəlmiş 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.

 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıb. 

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

11:39 - 27 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin