Paşinyanın korteji hamilə qadını vurdu, sonuncu ölüb

 Paşinyanın korteji hamilə qadını vurdu, sonuncu ölüb

İrəvanın Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində Ermənistan Baş naziri Nikol Paşinyanın hökumət korteji sürətlə keçərkən bir qadını vurub, nəticədə sonuncu ölüb. 

Bu barədə "168.am" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ölən qadının 19 yaşı olub.

Gənc qadının hamilə olduğu bildirilir, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərindən biri bildirib ki, qəza saat 18:30-19:00 radələrində baş verib, Paşinyanın "Prado" markalı avtomobili qadını vuraraq hadisə yerini tərk edib.

21:50 - 26 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin