"Torqovı"da yanğın olub - FOTO

Bakıda “Torqovı” kimi tanınan Nizami küçəsində binanın dam örtüyü yanıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb. 

Hadisə Mərdanov küçəsi ilə kəsişmədə, 2 binanın arasında baş verib. Ərazidəki tullantılar alışıb.

Sakinlər bildirir ki, binaya bitişik olan restoran təhlükəsizlik qaydalarını pozub. Mətbəxin tüstü bacasından bina ilə restoranın arasında olan taxta tullantılarının üzərinə alov düşüb. Nəticədədə yanğın baş verib. 


11:55 - 25 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin