"Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir”.
Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur: "Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq".