Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planında ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.
Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.
Ekspertlər iddia edir ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək.
Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub.
Görüləcək işlər Bakının əmlak bazarında qiymətlərə də təsir edəcək.
"Bu isə şəhərin bir sıra ərazilərində torpaq sahələri və mənzillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq", - deyə ekspertlər qeyd edib.