Maşından oğurluq edən şəxs kameralara düşdü

 Maşından oğurluq edən şəxs kameralara düşdü

Paytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.      


12:06 - 22 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin