XVII əsrə aid əşyanı oğurlayıb “metallom”a satdılar - FOTO

 XVII əsrə aid əşyanı oğurlayıb “metallom”a satdılar - FOTO

İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından XVII əsrə aid qədim əşya oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, naməlum şəxslər ümumi dəyəri 10 min manata yaxın olan - 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıblar.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan qardaşlar - Murad və Timur Abdullayevlər saxlanılıb. Müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata keçirdikdən sonra oğurladıqları mis qabları Bakıya apararaq ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və onların oğurladıqları qablar satdıqları yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


11:19 - 21 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin