Moped idarə edən şəxslərin nəzərinə - Bunu etməyənlər...

 Moped idarə edən şəxslərin nəzərinə - Bunu etməyənlər...

Son zamanlar moped sürücülərinin şikayətləri sosial şəbəkələrdə gündəm olub.

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, avqust ayının 1-dən etibarən "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyin icrası ilə əlaqədar, dövlət qeydiyyatına alınması tələb olunan və bu prosesi etməyən, eləcədə sürücülük hüququ olmadan idarə edilən mopedlərə nəzarət məqsədi ilə gündəlik xidmət həyata keçirilir.

Onun sözlərinə görə, keçirilən tədbirlərin əsas mahiyyəti "Yol hərəkəti haqqında" Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarətdir:

"Bu tədbirlər qanunda edilən əlavə və dəyişikliklərin nəticəsidir. Mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər həyata keçirilir və bu proses mütəmadi olaraq davam etdiriləcək. Necə ki digər nəqliyyat vasitələrini idarə edən bütün şəxslərin təsnifatlaşdırılmış formada idarə etdiyi nəqliyyat vasitəsinə uyğun sürücülük hüququ olmalıdır, yəni avtomobillərini, motolarını mütləq şəkildə dövlət qeydiyyatına aldırmalıdırlar, eləcə də hazırda tələb olunan qaydada mopedlər də bu prosesdə bərəbər hüquqları daşıyırlar. Bu, qanunla müəyyən edilibsə, qanuna nəzarət edilməsi də DYP-nin səlahiyyətidir və polislərimiz də öz üzərinə düşən işi görürlər. Zamanında qanuna dəyişikliklər nəzərdə tutulanda və bu proseslərə zərurət yarananda sosial şəbəkələrdə, eləcə də geniş ictimaiyyətdə bütün təbəqələrdən olan vətəndaşlarımız bu gün aparılan islahatların sosial sifarişini verməklə yanaşı, mövcud dəyişiklikləri israrla aidiyyəti dövlət qurumlarından tələb etməklə müvafiq sahədə nəzarət mexanizimlərinin dərinləşməsini haqlı narazılıq və narahatlıqlarını ifadə etməklə tələb ediblər. Bir daha bu növ nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, qanunda nəzərdə tutulan tələblərin icrasını məsuliyyətlə, qanunun aliliyi prinsipinə əməl etməklə, məsuliyyəti düzgün qiymətləndirməklə, lazımi zəruri prosesi təxirə salmadan icra etsinlər ki, əlavə çətinliklərdə yaranmasın".

 

13:39 - 10 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin