Azərbaycanda “Omikron" ştamı aşkarlandı - 12 nəfər yoluxub

 Azərbaycanda “Omikron

Azərbaycanın səhiyyə qurumları ölkədə koronavirusun "Omikron" ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib.

 

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

 

Müraciətdə deyilir:

 

"Vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

 

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".

14:28 - 10 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin