Gəncə şəhərində məktəbli sinif yoldaşına xəsarət yetirib.
Hadisə şəhərdəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 9-cu sinif şagirdi olan qız digər məktəbli yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Xəsarət alan məktəbli qız xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.