Azərbaycan və Türkiyəyə qarşı təxribatçı yazıları ilə tanınan amerikalı jurnalist Lindsi Snellin iki ölkənin vətəndaşlarından müxtəlif metodlarla məxfi məlumat toplamağa cəhd göstərdiyi məlum olub.
Jurnalistin hədəf aldığı şəxslər arasında hərbçilər də var. Belə ki, onun sosial şəbəkə üzərindən hərbçilərə seksual xarakterli mesajlar göndərdiyi müəyyənləşib. Daha öncə Türkiyədə saxlanılaraq deportasiya edilən Snell Türkiyənin hərbi əməliyyatlarına və müdafiə sənayesinə aid bilgi toplamağa çalışdığı ortaya çıxıb.
Snellin sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın hərbi qulluqçularını, habelə Türkiyənin xaricdə fəaliyyət göstərən hərbçilərini hədəf aldığı, onların yardımı ilə Türkiyənin əməliyyatları və hərbi imkanları ilə bağlı ətraflı məlumat almağa çalışdığı aydın olub.Snellin Vətən müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərdiyi, bu konteksdə müxtəlif addımlar atdığı, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə nəşrlər hazırladığı müəyyən edilib.