Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.
Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-dən sonra universitetə gəlməyib.
E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub: "Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları onu axtarır”.