Polis bu tələbə qızı axtarır

 Polis bu tələbə qızı axtarır

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-dən sonra universitetə gəlməyib.

E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub: "Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları onu axtarır”.

10:42 - 19 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin