Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib

 Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib

Bakıda gözəllik və gül salonlarından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iki gözəllik və bir gül salonundan orada işləyən 3 nəfərin 9000 manat dəyərində 5 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Rəhimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

12:05 - 18 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin