İran generalı Azərbaycanı hədələdi

 İran generalı Azərbaycanı hədələdi

İran Ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumars Heydəri qonşu ölkələrdən biri barədəsində hədə ilə danışıb.

Heydəri konkret ölkə adı çəkməsə də 2020-ci ildə baş vermiş 44 günlük müharibəni nəzərdə tutub.

“İranın əldə etdiyi informasiyaya görə, “Qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geopolitik şərtləri dəyişmək planlarına sahib olub”, deyə general vurğulayıb.

O, əlavə edib ki, həmin tarixlərdə İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirib və bəzi məlumatlar əldə edib:

“İran regionda “sionist rejim”in fəaliyyətini müşahidə edir və bu rejimin elementləri regionu tərk etməlidir”.

20:21 - 17 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin