Tanınmış blogger narkotiklə tutuldu

 Tanınmış blogger narkotiklə tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib".

Qeyd edək ki, C.Quliyev sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınır. Onun sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmışdı.

15:20 - 16 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin