Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ər və arvadın döyülməsi faktına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Goranboy rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq RPŞ-də müvafiq araşdırmalar həyata keçirilir. Araşdırmaların və ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.