Dövlət Sərhəd Xidmətinin akademiyasında təhsil alan kursanlar arasında ölümlə nəticələnən kütləvi dava baş verib.
Bildirilir ki, qarşılıqlı davada akademiyanın 4-cü kurs tələbəsi Murad Nağıyev öldürülüb.
Əməkdaşımızın əlaqə saxladığı akademiyanın rəisi Aqil Babayev olay haqqında məlumat verməkdən imtina edib.
“Bu barədə mətbuat xidmətinə müraciət edin” deyən akademiya rəisi telefonun dəstəyini asıb.
Kursantın ölümü ilə bağlı detallı məlumatı yaxın saatlarda təqdim edəcəyik.