Sərhəd Xidmətinin kursantları arasında ölümlə nəticələnən dava

 Sərhəd Xidmətinin kursantları arasında ölümlə nəticələnən dava

Dövlət Sərhəd Xidmətinin akademiyasında təhsil alan kursanlar arasında ölümlə nəticələnən kütləvi dava baş verib.

Bildirilir ki, qarşılıqlı davada akademiyanın 4-cü kurs tələbəsi Murad Nağıyev öldürülüb.
Əməkdaşımızın əlaqə saxladığı akademiyanın rəisi Aqil Babayev olay haqqında məlumat verməkdən imtina edib.
“Bu barədə mətbuat xidmətinə müraciət edin” deyən akademiya  rəisi telefonun dəstəyini asıb.

Kursantın ölümü ilə bağlı detallı məlumatı yaxın saatlarda təqdim edəcəyik.

16:33 - 13 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin