Bakıda 30 yaşlı şəxs özünü binadan atıb.
Məlumata görə, hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən binada qeydə alınıb. Orada yaşayan 1992-ci il təvəllüdlü Mətin Məmmədov (şərti) özünü 4-cü mərtəbədən atıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, intihara cəhd edən şəxs cinsi azlıq nümayəndəsidir. Gəncə şəhər sakini olan M. Məmmədov həmin mənzildə kirayədə yaşayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.