Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.
Hökumət başçısı həmçinin Azərbaycanla danışıqlar üzrə strategiyasını açıqlayıb: “Bizim strategiyamız sərhəd məsələsində Azərbaycanın rəsmi mövqeyini öyrənmək və Ermənistanın həmin məsələ ilə bağlı rəsmi mövqeyini müəyyənləşdirməkdir”.