Rusiya Prezidenti Vladimir Putin ukraynalıların irimiqyaslı döyüşlərini və qırğınlarını “faciə” adlandırıb və deyib ki, Moskvanın başqa yolu yoxdur.
Vladimir Putin həmçinin Ukrayna, Rusiya və Belarus xalqlarını “üçlü xalq” adlandırıb və Belarus ərazisində sülh danışıqlarının təşkilinə görə Aleksandr Lukaşenkoya təşəkkür edib.
“Ukraynada baş verənlər faciədir, lakin başqa seçim yox idi. Yeganə sual onun nə vaxt başlayacağı idi. Hamısı budur...
Belaruslu həmkarlarıma minnətdarlığımı bildirmək istərdim. Ukrayna tərəfi ilə birbaşa dialoqa başlamaq Belarus Prezidenti Aleksandr Lukaşenkonun şəxsi səyləri sayəsində mümkün olub”, - deyə Putin davam edib. O, sülh danışıqlarının növbəti raundlarının keçiriləcəyini bildirib. Ukrayna ilə Rusiya arasında danışıqlar Belarus ərazisində keçirilə bilər.