Sərnişinlər yollarda qalıb, BakuBus-un 300 avtobusu qarajda "yatır“

 Sərnişinlər yollarda qalıb, BakuBus-un 300 avtobusu qarajda

Son zamanlar sərnişinlər günün pik saatlarında avtobusların çatışmazlığından, sərnişinlərin yolda qalmasından şikayət edir.

Bunun səbəbini araşdırarkən maraqlı bir məqam ortaya çıxır. Məlum olur ki, BakuBus MMC-nin Hövsan qəsəbəsində yerləşən bazasında, gün ərzində 300-ə yaxın avtobus xəttə buraxılmır. Buna səbəb həmin avtobuslarda texniki nasazlığın yaranmasıdır. BakuBus Bakı nəqliyyat Agentliyindən (BNA) alınıb.

Azərbaycan İnvestisiya Holdinqinə (AİH) veriləndən sonra həmin avtobuslarda heç bir təmir işi aparılmayıb. Əldə etdiyimiz məlumata görə, BNA əvvəllər bu işi daxili imkanlar hesabına həyata keçirsə də, hal-hazırda AİH bu məsələ ilə bağlı heç bir tədbir görmür. Nəticədə isə 300-ə yaxın avtobus xəttə çıxmır. Artıq o həddə gəlib çatıb ki, hətta 15 avtobusdan ibarət marşrut xəttində cəmi 2-3 avtobus işləyir. Belə olan halda isə intervalın vaxtı uzanır, sərnişinlər isə yollarda qalır.

20:29 - 12 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin