Türkmənistanda botoks qadağan olundu

 Türkmənistanda botoks qadağan olundu

Türkmənistan polisi gözəllik salonlarına gedərək, qadınlara botoks və dodaq döyməsi xidmətlərinin qadağan edildiyini bildirirlər.

“Polisin xəbərdarlığına əsasən botoks tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub”, - deyə gözəllik salonlarından birinin əməkdaşı bildirib.

Qadağaları pozan  gözəllik salon sahiblərini və müştəriləri cərimələrlə yanaşı 15 sutka həbs də gözləyir.

Keçən ay Türkmənistanda vaxtından əvvəl prezident seçkisi keçirilmiş, sabiq prezident Qurbanqulu Berdımuxammedovun oğlu Sərdar Berdımuxammedov prezident postuna gətirilmişdi.

20:18 - 12 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin