Neft kəmərlərindən oğurluq edənlər tutuldu - FOTOLAR

 Neft kəmərlərindən oğurluq edənlər tutuldu - FOTOLAR

Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Şəhriyar Mollayı tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.


Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili xəttini oğurlanmaqda şübhəli bilinən şəxs də saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum edilmiş Elmar Abbasov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib və metal boruları satdığını bildirib. 


Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Şəhriyar Mollayı və Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir. 
 


11:17 - 12 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin