Masallıda 7 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub

 Masallıda 7 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub

Masallı rayonunda 7 il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.

Hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb.

Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.

00:41 - 12 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin