“Sepah”ın anlaşılmaz xofu

 “Sepah”ın anlaşılmaz xofu

İranın “İslam İnqilabının keşikçiləri Korpusu”nun (“Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi”) səbəbi naməlum narahatçılığı davam edir. "İnqilab keşikçiləri" Tvitter hesablarında yeni video paylaşaraq bildiriblər ki, qəti şəkildə beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşıdırlar. 

Bu zaman isə videoda məhz Ermənistanın sərhədləri qırmızı xətlə qabardılır...

Maraqlıdır: “Sepah” axı niyə elə düşünür ki, kimsə Ermənistanın sərhədlərini dəyişməyə hazırlaşır?! Və nəyə görə özü-özünü Ermənistanın sərhədlərinin toxunulmazlığının qarantı elan edib?! 

O da qəribədir ki, “Sepah”ın xofu yeni deyil: iki həftə əvvəl “inqilab keşiçiləri”yaydıqları videoda sahib olduğu ballistik raketlərinin zərbə radiusunu əyani şəkildə göstərərkən potensial hədəflər sırasında Azərbaycanın ərazisini də qeyd etmişdi...

01:59 - 11 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin