Ukrayna Ordusunun əlində Rusiyanın hər tankına qarşı 90 TANKVURAN QURĞU VAR

 Ukrayna Ordusunun əlində Rusiyanın hər tankına qarşı 90 TANKVURAN QURĞU VAR

Qərb ölkələri Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaq üçün rəsmi Kiyevə silah dəstəyin artırırlar. 

Son məlumatlara əsasən, xüsusilə Rusiyanın geniş istifadə etdiyi tankalara qarşı mübarizə aparmaq üçün Ukraynaya çoxsaylı tankvuran qurğular verilir. 

ABŞ Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib ki, ABŞ və onun müttəfiqlərinin sayəsində hazırda Ukrayna ordusunda Rusiyanın hər tankına qarşı 90 tankvuran kompleks var. 

«ABŞ Ukraynaya Rusiyanın Ukraynadakı hər tankına qarşı 10 tankvuran qurğu verib və verməkdədir. Müttəfiqlərin ötürdlüyü silahları da nəzərə alanda, hər tanka düşən tankvuran nisbəti 90-a yüksəlir»deyə Psaki bildirib. 

Bundan əvvəl isə ABŞ-ın müdafiə nazirliyi, Pentaqonun nümaynədəsi Con Kirbi bildirmişdi ki, ABŞ Ukraynaya ABŞ istehsalı olan 100 ədəd Switchblade sistemi göndərib. 

Kirbi istisna etməyib ki, Kiyevə Switchblade-nin tank və zirehli texnika vurmaq üçün digər variantları da göndərilə bilər.

20:20 - 8 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin