Nərminin məhkəməsi: “Polis rəisi İlkinin qatil olduğunu deməyim üçün təzyiq edirdi”

 Nərminin məhkəməsi: “Polis rəisi İlkinin qatil olduğunu deməyim üçün təzyiq edirdi”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov vəkillərin suallarını cavablandırıb.

Şahid deyib ki, hadisə baş verdikdən sonra Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərov ondan İlkinin əleyhinə danışmağı tələb edib:

"Şirzad Əsgərov mənə təzyiq edirdi ki, hər yerdə İlkinin qatil olduğunu deyim. Buna baxmayaraq, mən imtina etdim, barəmdə şikayətlər yazdı. Mənə və yaxınlarıma qarşı olan təzyiqlərə tab gətirə bilmədiyimə görə, bir müddət sonra daxili işlər orqanlarından ayrıldım".

Proses aprelin 11-də davam etdiriləcək.

20:21 - 6 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin