"Yenilər köhnə məmurlardan daha çox korrupsiyaya bulaşıb" - Deputat

"Bu qanun mənə "Məişət zorakılığı haqqında" qanunu xatırladır. Bu qanunun Azərbaycanda tətbiq olunması üçün real zəmin yoxdur".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa yeni hazırlanan “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ilk növbədə mühit məsələsi həll olunmalıdır: "Deyirdilər ki, köhnə məmurlar daha çox korrupsiyaya bulaşmışdı. Amma yenilərdə bu daha çoxdur".

22:14 - 5 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin