AQTA İqbal Ağazadənin arqumentləri qarşısında susdu

 AQTA İqbal Ağazadənin arqumentləri qarşısında susdu

Xəbər verdiyimiz kimi, Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda istər mini, istər super, hipermarketlərdə satılan günəbaxan, qarğıdalı yağlarının xərçəngin əsas səbəblərindən biri olduğunu iddia edib. İ.Ağazadə bildirib ki, sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan yemi kimi istifadə olunan yağları açıq şəkildə Azərbaycana gətirirlər, təkrar emal edirlər, süzürlər və satırlar. Partiya sədri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bu məsələ ilə bağlı yoxlamalar aparması üçün çağırış edib.

 

Asayis.az xəbər verir ki, Pravda.az İ.Ağazadənin dedikləri əsasında AQTA-ya sorğu ünvanlayıb.

 

Lakin AQTA sualları cavabsız qoyub, qurum tərəfindən hələ də məsələyə heç bir reaksiya verilməyib.

 

17:30 - 6 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin