Deputat Naxçıvana təyyarə uçmamasının səbəbini AÇIQLADI

 Deputat Naxçıvana təyyarə uçmamasının səbəbini AÇIQLADI

Azərbaycanda cəmiyyət müğənninin (Elza Seyidcahan-red) AYB-yə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni (Ebru Gündeş-red) gətirməyini müzakirə edir?
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Fazil Mustafa bildirib.

Deputat ciddi məsələlərin müzakirə olunmamasından şikayətlənib.

"Düşünürəm ki, biz ciddi məsələləri müzakirəyə çıxarmırıq. Təhsil naziri ötən dəfə dərslərin sentybarın 1-dən başlaması ilə bağlı təklif irəli sürdü. Ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəbələrini müzakirə etmək lazımıdır. Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub. Bu, ciddi düşünüləsi məsələdir. Digər tərəfdən müzakirə olunmalı məsələlərdən biri də blokadada olan Naxçıvana bilet məsələsidir. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır. Gürcüstandan İstanbula 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. Naxçıvana bilet çox satanda, təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu məsələlər müzakirə edilməlidir”, - deyə Fazil Mustafa şikayətlərini dilə gətirib. (modern.az)

12:59 - 6 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin