Anar Əsədli ev dustaqlığına BURAXILDI

 Anar Əsədli ev dustaqlığına BURAXILDI

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ev dustaqlığına buraxılıb. Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar verib.

Məlumatı vəkili Hikmət Əliyev də saytımıza təsdiq edib. Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

18:07 - 5 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin