Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qız xəstəxanada ölüb

 Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qız xəstəxanada ölüb

Bakıda özünü 4-cü mərtəbədən atan 16 yaşlı qız xəstəxanada ölüb.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, təcili olaraq reanimasiyaya yerləşdirilən 2006-cı il təvəllüdlü yeniyetmənin vəziyyəti olduqca ağır olub: “Yeniyetmə reanimasiyaya açıq kəllə-beyin travması diaqnozu ilə yerləşdirilmişdi, intubasiya ilə nəfəs alırdı. Ölüm riski çox yüksək idi. Təəssüflər olsun ki, tibbi imkanlarla onu yalnız iki gün həyatda saxlamaq mümkün olub. Olduqca ağır yaralanan yeniyetmə aprelin 3-də xəstəxanada dünyasını dəyişib”.

Xatırladaq ki, hadisə aprelin 1-i paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınmışdı. Qız həmin binada anası ilə birgə kirayədə qalırmış.

13:40 - 5 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin