Külək Bakıda 7 nəfəri xəstəxanalıq etdi

 Külək Bakıda 7 nəfəri xəstəxanalıq etdi

Külək bu gün Bakıda 7 nəfəri xəstəxanalıq etdi.

Bu barədə TƏBİB-in yaydığı məlumatda deyilir. İndiyə olan son məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar. 

Xəsarət alanların ümumi vəziyyəti stabil olaraq qiymətləndirilir. 

Xəsarət alanların hər biri qadındır. 

Onlara hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi yardım göstərilir.

18:43 - 4 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin