"AZAL-ın qiymətlərinin baha olması uzun müddətdir ki, hamı tərəfindən müzakirə olunur".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Ağ partiyasının sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, AZAL-ın qiymətləri çox yüksəkdir:
"Ermənistandan İstanbula gediş-gəliş bizim pulla 173 azndır. Amma Azərbaycandan AZAL vasitəsilə gedib-gəlmək 650-670 manat civarındadır. Yəni, üçqat bahadır. Bu məsələni dəfələrlə biz və müxtəlif insanlarda qaldırıb. Sadəcə olaraq görünən odur ki, AZAL heç kimə məhəl qoymur və istədiyi qiymətləri özü müəyyən edir. Bu da təbii ki, insanların normal səfər etməyinə, istirahət etməsinə birbaşa təsir edir.
Nəzərə alsaq ki, Azərbaycanda sərhədlərdə hələ açılmayıb. Ona görə insanların vəziyyəti daha da ağırlaşır. Zatən son illər insanların gəlirləri kifayət qədər aşağı düşüb. Belə bir vaxtda insanları tək AZAL-a məhkum etmək düzgün deyil.
Həmçinin, AZAL-da da qiymətlərin bu həddə çatdırılmasını doğru hesab etmirəm. Mənə də maraqlı olar ki, AZAL bu qiymətlərin formalaşması barədə bir məlumat versin.
Düşünürəm ki, bu bütün cəmiyyətimizə maraqlı olar, amma AZAL özündə belə bir ehtiyac çox təəssüf ki, görmür".
Demokrat.az