Zəlzələ 10 saniyədən az çəkib - Qurban Yetirmişli

 Zəlzələ 10 saniyədən az çəkib - Qurban Yetirmişli

Təkanın baş verməsi 10 saniyədən az çəkib. Heç bir fəsad olmayıb, dağıntılar yoxdur.
Asayis.Az xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.

O bildirib ki, dünən yerli vaxtla 00:01-də Xəzər dənizində Azərbaycanın Şimal-Şərq hissənində 65 km dərinlikdə maqnitudası 5.5 olan zəlzələ baş verib:

"Zəlzələnin maqnitudası az olub, bəzi yerlədə hiss edilib. Gecə baş vermiş təkanın heç bir təhlükəsi yoxdur. Çox dərinlikdə yerləşir. Birmənalı olaraq belə təkanlar ciddi dağıntılar törədə bilməz".

11:18 - 4 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin