Kəmaləddin Heydərova bağlı olduğu bildirilən şirkət barəsində qərar çıxarıldı

 Kəmaləddin Heydərova bağlı olduğu bildirilən şirkət barəsində qərar çıxarıldı

Bakı Kommersiya Məhkəməsində "GBR Trade" şirkətinin "Gilan Vegetables" MMC-yə qarşı iddası üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Zeynəb Axundovanın sədirliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "GBR Trade" şirkətinin iddiası rədd edilib.

Qeyd: "GBR Trade" şirkətinin "Gilan Vegetables" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: 10.12.2015-ci il tarixində dövlət qeydiyyatına alınan “Gilan Vegetables” MMC-nin də “Gilan Holdinq”ə məxsus olduğu bildirilir. Həm “Gilan Vegetables” MMC, həm də “Gilan Holdinq” MMC eyni hüquqi ünvanda – Yasamal rayonu Nərimanov pr, ev 206-da qeydiyyata alınıb.

Pravda.az

Mətbuatda “Gilan Holdinq” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu barədə məlumatlar yayılıb.

10:22 - 4 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin