"Azəriqaz"ın "Diqlas"a qarşı iddiası rədd edildi

Bakı Kommersiya Məhkəməsində "Azəriqaz"ın "Diqlas" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "Azəriqaz"ın iddiası rədd edilib.

Qeyd: "Azəriqaz" "Diqlas" MMC-ni məhkəməyə verərək istilik enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.

Xatırlatma: 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verib. Rəsmi məlumata əsasən, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilən istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

 

10:10 - 4 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin