Elm və təhsil naziri Emin Əmrullayevin “Facebook” sosial şəbəkəsindəki zəlzələ ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Asayis.Az xəbər verir ki, o paylaşımında ““Neftçi” İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu... Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!” qeyd edib.
Nazirin bu yanaşması ciddi tənqid edilib. Bildirilib ki, E.Əmrullayev zəlzələni, insanların narahatlığını gülüş hədəfinə çevirir.
Fotonu təqdim edirik: