Həbs olunan “Drakon” ləqəbli aktyordan xəbər var

 Həbs olunan “Drakon” ləqəbli aktyordan xəbər var

Xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış “Drakon” ləqəbli aktyor Rza Rzayevin kassasiya şikayəti Ali Məhkəməyə verilsə də, hələ vaxt təyin olunmayıb.

 

Asayis.az xəbər verir ki,bu barədə Pravda.az-a R.Rzayevin vəkili Səlahəddin Cəfərov məlumat verib.

 

Vəkil bildirib ki, R.Rzayevin səhhəti qaydasındadır, hər şey normaldır.

 

Xatırlatma: Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəzanı şərti heab edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub.

 

Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə, direktoru döyüb.

18:15 - 3 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin