"Sumqayıt Taxıl" məhkəməyə müraciət etdi

"Sumqayıt Taxıl" MMC məhkəməyə müraciət edib.

 

Asayis.az-ın əldə etdiyi məlumata görə, bu barədə iddiaçı Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, MMC alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələbi irəli sürüb.

 

Maraqlı şəxs qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Yapı Kredi Bank Azərbaycan” ASC və Azərbaycan Mərkəzi Bankı çıxış edir.

 

İddia hakim Leyla Əliyevanın sədrliyi araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

17:23 - 3 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin